05 Sentyabr 2010  |
|
|
|
|
KARVANNadir Tarix |
| Aşura günü nə baş verib? |
İnsan Yer üzünə qədəm qoyan andan bu günə Xeyirlə Şərin müharibəsi davam edir. Biri Haqq uğrunda çalışır, digəri isə fitnə-fəsad törədir. Tarix səhifələrindən heç vaxt silinməyəñək insanlar var. Səbəb isə hər insanın ñəsarət edə bilmədiyi fədakarlıqlarıdır. Onlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s) sevimli nəvəsi, 1400 il əvvəl yaşamış İmam Hüseyndir (ə). Milyonlarla insan İmam Hüseynin fañiəvi ölümünü hər il anır, matəm saxlayıb şənliklərdən uzaqlaşır. El arasında Məhərrəmlik adlandırdığımız matəm haqda hamı eşidib. Lakin bu ayda nəyin, neñə baş verdiyini hər kəs bilmir. Eləsə, bu dəfə Nadir Tarixdə Məhərrəmlikdə keçirdiyimiz matəmin səbəbini açıqlayırıq…
Xeyir və Şər
Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) tarixdə ən ədalətli insan olmaqla yanaşı, həm də ədalətli rəhbər olub. O, insanlara da hər zaman öyrədirdi ki, ədalətli şəxsin mənəvi rəhbərliyi altında yaşasınlar. Çünki belə bir şəxs ñamaatı düzgün istiqamətə yönəldər. Lakin sevimli Peyğəmbərimizin vəfatından sonra bir çox məsələlər onun istədiyi kimi olmadı… Peyğəmbərin (s.ə.s) vəfatından, təxminən, 30 il keçirdi. Əməvi xilafətinin bünövrəsini qoyan Müaviyə xilafəti ələ keçirib özünü xəlifə elan edir. O, hələ sağlığında özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək planını gerçəkləşdirir və Yezid xəlifə elan edilir. Tarixdən məlum olur ki, Yezid İslam dininin buyuruqlarına zidd işlərə yol verir, müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan hərəkətlər edirdi. Həzrət Məhəmmədin (s.ə.s) nəvəsi Hüseyn (ə) isə Yezid kimi insanın xəlifə kimi tanınmasının İslamın ümumi mənafeyinə zidd olduğunu düşünürdü. O deyirdi: «Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır». Beləliklə, onlar arasında böyük ziddiyyət yaranır…
Məktub
Xəlifə Müaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Atasının ölümündən sonra Yezid əmisi oğlu Vəlidə yazdığı məktubda Həzrət Hüseyndən onun rəhbərliyinə tabe olmağı tələb edir. Əks təqdirdə, Hüseynin başı kəsilməli idi. Həzrət Hüseynə bu xəbər çatanda o, Mədinədən Məkkəyə yollanır. Kufə şəhərinin ñamaatı da olub-keçənləri öyrənəndən sonra, Həzrət Hüseyndən onların rəhbəri olmağı xahiş edir və bunun üçün onu Kufəyə dəvət edirlər. Hüseyn əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər Müslimi qarşılayıb Həzrət Hüseynə beyət edirlər, yəni onun rəhbərliyinə tabe olduqlarını bildirirlər. Beləliklə, Müslim Həzrət Hüseyni Kufəyə çağırır.
Onu kinli olmağa nə vadar etdi?
Yezid Həzrət Məhəmmədin (s.ə.s) ailəsində Peyğəmbər tərbiyəsi alan və ilahi dəyərlərə sarılan Həzrət Hüseyni zorla özünə tabe etdirməyə çalışırdı. Ədalətsizliyi ilə tanınan Yezid xilafətə başçılıq etdiyi andan cahiliyyə dövrünün ənənələri özünü göstərməyə başladı. Müsəlman cəmiyyətinin başçısı İslamın əsas prinsiplərindən kənara çıxırdı. Tarixi məlumatlara əsasən, Yezidin Məhəmməd Peyğəmbərin ailəsinə qarşı kini vardı və bu kin onun xəlifə kimi davranışlarına da təsir edirdi. Buna səbəb nə idi? Həzrət Məhəmməd (s.ə.s) peyğəmbər olandan sonra, Əməvilər Məkkədə öz hakim mövqelərini əldən verir, üstəlik, Bədr, Ühüd və s. döyüşlərdə bu tayfanın verdiyi itkilər Yezidin xatirəsindən silinmirdi. O özünü Əməvilərin, İmam Hüseyni isə Haşimilərin təmsilçisi kimi görürdü.
Seçim anı
Kufəlilərin Həzrət Hüseyni rəhbər seçdiyini öyrənən Yezid öz adamları vasitəsilə camaatı pul, mal ilə qorxudaraq ələ alır, Müslimi isə öldürtdürür. Yezidin yaxın silahdaşı İbn Ziyad isə Kufəni nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır. Lakin Həzrət Hüseynin (ə) bütün bunlardan xəbəri olmur və o, əvvəlñədən qərarlaşdırıldığı kimi Kufəyə yola düşür. Onun karvanı Sələbiyyə məntəqəsinə çatanda Həzrət Hüseyn Müslimin şəhid olduğunu öyrənir. O, təhlükədə olduqlarını anlayıb hamını bir yerə yığır və onlara Mədinəyə qayıtmağı təklif edir. Bəziləri qayıdır, Həzrət Hüseyn isə ən yaxın silahdaşları ilə yoluna davam edir...
«Yezid olma!»
Məhərrəm ayı artıq başlamışdır. Kəraf adlı məntəqədə Yezidin Kufə ordusu Hüseynə yetişir. Bu orduya tanınmış sərkərdə Hürr başçılıq edirdi. Onlar Həzrət Hüseynin qarşısını kəsib, Mədinəyə qayıtmasını əngəlləyir. Su mənbəyi hələ ki Həzrət Hüseynin dəstəsinin ixtiyarında idi. Buna baxmayaraq Həzrət Hüseyn silahdaşlarından düşmənə su verməyi və hər hansı bir qarşıdurmaya yol verməməyi tapşırır. Lakin bir az keçəndən sonra Yezidin əsgərləri su mənbəyini ələ keçirib Fərat çayını nəzarət altına alır və Peyğəmbər (s.ə.s) ailəsinə su verməkdən imtina edirlər. Həzrət Hüseynin kiçik ordusunda qadınlar, uşaqlar da var idi. Düşmənə su verən Həzrət Hüseyn öz insanlığını, Peyğəmbər övladının əxlaqına yaraşan hərəkət nümayiş etdirdi. O, yalnız Uña Allahın razılığını qazanmaq üçün yaşayırdı…
Döyüş alnınıza yazılıb!
Beləliklə, Həzrət Hüseynin dəstəsi 9 gün əzab-əziyyət içində olur. Məhərrəm ayının 9-u idi. Kufə ordusu İmam Hüseynə təslim olub Yezidə tabe olmağı təklif edir. Hüseyn isə şəhid olmağı Yezidə boyun əyməkdən şərəfli bilir. O, gecəni yaxınları ilə birlikdə ibadətdə keçirmək üçün birgünlük möhlət istəyir. Və ailəsi, silahdaşları ilə gecəni səhərədək namaz qılır, dua edir, Allahı yad etməklə keçirir. Məhərrəm ayının 10-u, yəni Aşura günü idi. İki müsəlman ordusu qarşı-qarşıya dayanır. Çox qəribədir, hər iki tərəfdən «Allahu-Əkbər» səsləri eşidilsə də, bir ordu İslama xəyanət edib ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə Peyğəmbər (s.ə.s) ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı. İmam Hüseyn (ə) son dəfə babası Məhəmməd Peyğəmbərin (s.ə.s) əbasını geyinib düşmənə tərəf yollanır. Hüseyn onlara ədalətin, haqqın nə olduğunu başa salmağa çalışır, Yezid hakimiyyətinin İslam dünyası üçün bir ləkə olduğunu deyir. Onun sözlərində o qədər səmimilik, dürüstlük var idi ki, kufəlilərin tanınmış sərkərdəsi Hürr yanlış yolda olduğunu anlayır. O, peşman olub Hüseyn tərəfə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.
Niyə məhərrəmlik?
Döyüş başlayır. Çox ağır və ədalətsiz bir döyüş. Həzrət Hüseynin ailə üzvləri, sadiq silahdaşları bir-bir şəhid edilir. Hətta onun qucağındakı südəmər oğlu Əli Əsğərini də öldürürlər. Sonda isə İmam Hüseynin başını kəsir və nizəyə taxıb Şam şəhərinə - xəlifə Yezidin (lənətullah) hüzuruna aparırlar. Sevimli Peyğəmbərimizin quñağından düşürmədiyi, ñanı qədər sevdiyi Hüseynini belə təhqiramiz şəkildə ələ salırlar. Həzrət Fatimə ilə İmam Əlinin (ə) oğlu Hüseyni! Yezid Peyğəmbər ailəsinə olan kinini gizlətmirdi də. İmam Hüseynin başı Yezidin ayaqları altına atılanda, o, əlindəki qamçını Peyğəmbər nəvəsinin başına vurub deyir: «Kaş Bədrdə öldürülənlərim oyanardılar və görərdilər ki, necə intiqam aldım!». Hər il keçirdiyimiz «məhərrəmlik» ona görə belə adlanır ki, bu fañiəli hadisə Məhərrəm ayında baş verib. Aşura günü isə yuxarıda qeyd olunduğu kimi, Məhərrəm ayının 10-u deməkdir və Həzrət Hüseyn (ə) dəstəsinin qətlə yetirildiyi bir gündür…
Haqq həmişəmi qalib gəlir?
Döyüş fañiəvi şəkildə sona çatır. Yezidin adamları İmam Hüseyn ordusunun xeymələrini talan edib yandırır. Peyğəmbərimizin ailəsinin sağ qalan üzvlərini isə əsir götürüb əl-qolları zəncirli Şama gətirirlər. Lakin Şamda baş verən hadisələr Yezidə arzusuna çatmağa mane olur. Həzrət Hüseynin bacısı Zeynəb, oğlu İmam Səccad (ə) Şama aparılanda yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatdı ki, Həzrət Hüseynə qarşı çıxanlar ona matəm saxlamağa başladılar. Və haqq aşkara çıxmağa başladı… Həzrət Məhəmmədin (s.ə.s) vəfatından hələ 50 il keçmədi ki, onun sevimli nəvəsini yaxınları ilə birlikdə vəhşiliklə qətlə yetirdilər. Peyğəmbərin nəvəsinə kimlərinsə söz deməsi, qarşı çıxması təsəvvür edilə bilərdi. Anñaq Peyğəmbərin pak Əhli-Beytinin üzvlərinin xəlifə iddiasıyla İslam dünyasına hökmranlıq edən şəxsin göstərişi ilə belə bir faciəvi şəkildə qətlə yetirilmələri dəhşətdir!
Hüseyn sənə nə öyrətdi?
Sizñə, Kərbəlada baş verən bu qanlı faciə bizə nə öyrədir? Hüseyn kiçik dəstə ilə böyük şər ordu qarşısında «yox» deməyi bacardı. O, ədalət, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi! BƏLKƏ DƏ TARİXDƏ İLK DƏFƏ, MƏĞLUB EDƏN DEYİL, MƏĞLUB OLANLAR QƏLƏBƏ ÇALDILAR. Bu qiyam insana haqsızlığın qarşısında «yox» deməyi öyrətdi. Nə qədər yer üzündə zülm var, Hüseyn məktəbi əhəmiyyətini itirməyəcək. İslamı gələcək nəsillərə olduğu kimi çatdırmaq, cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə, öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı Həzrət Hüseyn! Haqqı çatdırmaq üçün canını belə qurban verdi…
Kimdir əsl günahkar?
Bu fañiənin həyata keçməsinin tək günahkarı Yezid olmayıb. Bir günahkar da var idi - ñəmiyyət! Ñəmiyyət baş verən hadisələrə laqeyd yanaşmasaydı, Yezid peyğəmbər ailəsinə bu cinayəti törədə bilməzdi. İmam Hüseyn sözünü təkñə Yezidə ünvanlamırdı. O, bütövlükdə İslam cəmiyyətinin ilahi dəyərlərdən uzaq düşdüyünü, babası peyğəmbərin gətirdiyi dəyərlərdən sapdığını görürdü: «Mənim mübarizəmin məqsədi babam Məhəmmədin ümmətini islah etmək, haqq yoluna yönəltməkdir...». Ñəmiyyətdə müxtəlif qrup insanlar var idi. Haqqı hər şeydən üstün tutanlar; belələri haqq uğrunda canlarından keçməyə hazır idilər. İmam Hüseyn kimiləri. Elələri də var idi ki, Yezidin xoşuna gəlmək üçün ən alçaq işlər görməyə də hazır idilər. Kərbəla hadisəsində onlar cənazələri atlarla tapdalamaq və başları bədəndən ayırmaq göstərişlərini verirdi. Laqeydlər də var idi. İslama qarşı olmasalar da, nə İmam Hüseyn, nə də Yezid onları maraqlandırırdı. Belə bir cəmiyyətdə, şübhəsiz, insanlara nəyin doğru, nəyin yanlış olduğunu göstərməyə böyük ehtiyac var idi. İmam Hüseyn öz mətin addımıyla bu ilahi missiyanı həyata keçirdi və qanı ilə qılınc üzərində qələbə çaldı.
Torpaqlarımızın işğal olunduğunu nəzərə alsaq, hər birimiz bu qəhrəmanlıq məktəbindən lazımınca faydalanmalıyıq. Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin…
|
|
|