RUBRİKALAR

Teleqraf
Bildirçin
Nadir-Tarix
Sarban
Möcüzələr
Cütcü
İnkir-Minkir
Üzüm
Əlifzəbər - Ə
Şəxsiyyətlər
Bəhlul Danəndə
Təbib


Haqqımızda



Redaktordan

Artıq iki ildir ki, Karvan öz oxucuları ilə həmsöhbətdir. Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir, yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk. Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır. İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü, əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi , İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər. ... Ətraflı



 

Bəhlul Danəndə



Ziyafət

Bəhlul Danəndə adəti üzrə Harunun təşkil etdiyi məclisə gəlir. Məclis iştirakçılarını salamlayaraq yuxarı başa keçir və şirin söhbətlər edir. Ax keçmiş sanki yuxuya dalırmış kimi, gözlərini yumub başını aşağı salır. Bir neçə dəqiqədən sonra gözlərini açıb gülümsəyərək ətrafdakılara nəzər salır. Harun məsxərə ilə ondan sonruşur: «Aman Allahım, de görək haralarda oldun, nələri gördün?»... >Ətraflı

Əmir Teymur heyva sevməzdi

Günlərin biri Xoca Nəsrəddin bağından bir səbət heyva yığıb əmir Teymurun sarayına gedir. Qonşusu yolda onu görüb hara getdiyini soruşur. Xoca Nəsrəddin deyir: «Teymurun görüşünə gedirəm». Qonşusu onun əlindəki səbəti görüb deyir: «Axı əmir Teymur heyvanı sevmir, bazardan əncir alıb aparsan, ona daha çox xoş gələr». Beləliklə Xoca Nəsrəddin bazardan bir səbət əncir alıb əmir Teymurun hüzuruna gedir. Əncir Teymurun xoşuna gəlir, birini yeyir, birini Xoca Nəsrəddinin üzünə vurur. Xoca Nəsrəddin üzünə dəyən əncirləri silib Allaha şükür edir.... >Ətraflı