RUBRİKALAR

Teleqraf
Bildirçin
Nadir-Tarix
Sarban
Möcüzələr
Cütcü
İnkir-Minkir
Üzüm
Əlifzəbər - Ə
Şəxsiyyətlər
Bəhlul Danəndə
Təbib


Haqqımızda



Redaktordan

Artıq iki ildir ki, Karvan öz oxucuları ilə həmsöhbətdir. Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir, yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk. Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır. İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü, əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi , İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər. ... Ətraflı



 

Əlifzəbər-Ə



Ayət namazı

Ayət namazı - vacib namazlardan biridir. Ayət namazı gün və ay tutulduğu, zəlzələ, yaxud insanların qorxmasına səbəb olan bu kimi təbiət hadisələri baş verən zaman qılınmalıdır. ... Ətraflı

Beyət

Beyət - kiməsə tabe olmağa, itaət etməyə dair əhd bağlamaqdır. «Beyət» satmaq mənasını ifadə edən «bi» kəlməsindən götürülmüşdür. Kiminləsə əhd bağlayan şəxs sanki özünü onun tam ixtiyarına vermiş və ya özünü ona satmış olur. ... Ətraflı

Şəhid

Şəhid - Allah yolunda savaşda dünyasını dəyişən şəxsdir. Bu ad onlara Allahın rəhmətinə qovuşduqları, Tanrının və mələklərin Cənnətlə mükafatlandırılmalarına şahid olmaları müqabilində verilib. ... Ətraflı

Kərbəla

Kərbəla - İraqın mərkəzində yerləşən əsas ziyarət şəhərlərindən biridir. «Kərbəla» lüğətdə yumşaq və xırda çınqıllı çöllük mənasını ifadə edir. Hicrətin 61-ci ilində Yezid ibn Müaviyyə atasının ölümündən sonra xilafəti ələ keçirir. O, ətraf məntəqələrə məktublar göndərir və qəbilə başçılarından hakimiyyətini qəbul etmələrini tələb edir. Qəbul edənlərə hədiyyə və ənamlar verilir, etməyənlər isə təqib olunur. ... Ətraflı

Cin

Cin - bəşər övladından əvvəl oddan yaradılan şüurlu və gözəgörünməz varlıq mənasındadır. «Cinlərin babası) Cann tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik» («Hicr» surəsi, 27-ci ayə).... Ətraflı

Xüms

Xüms - lüğətdə «1/5-i» mənasını ifadə verir. Fiqhi terminologiyada isə xüms hər bir müsəlmanın ixtiyarında olan malın müəyyən olunmuş qayda, şərait və miqdarda ödəməli olmasına deyilir. ... Ətraflı

Xəlifə

Xəlifə - canişin, bir şeyin və ya şəxsin ardı, davamçısı deməkdir. «Xəlf» kəlməsindən götürülən bu ibarəyə Qurani-Kərimin müxtəlif ayələrində rast gəlmək mümkündür. «Mən yer üzündə bir xəlifə (canişin yaradacağam)» («Bəqərə» surəsi, 30-cu ayə).... Ətraflı

Zina

Zina - şəri nikah olmadan kişi ilə qadının harama yol verərək cinsi yaxınlıqda olması deməkdir. Zina böyük günah hesab olunur. Quran bilərəkdən zina edənlərin əbədi cəhənnəm əzabına düçar olacaqlarını bildirir. İslam dinində zinakar kişi və qadınlar üçün xüsusi cəza tədbirləri nəzərdə tutulur. «Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun» («Nur» surəsi, 2-ci ayə). ... Ətraflı