RUBRİKALAR

Teleqraf
Bildirçin
Nadir-Tarix
Sarban
Möcüzələr
Cütcü
İnkir-Minkir
Üzüm
Əlifzəbər - Ə
Şəxsiyyətlər
Bəhlul Danəndə
Təbib


Haqqımızda



Redaktordan

Artıq iki ildir ki, Karvan öz oxucuları ilə həmsöhbətdir. Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir, yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk. Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır. İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü, əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi , İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər. ... Ətraflı



 

Üzüm



Nigar obrazı kişilərə ibrət olmalıdır

“Qaydasız döyüş” – “Bakıfilm” kinostudiyasının istehsalı olan və bu yaxınlarda tamaşaçıların ixtiyarına veriləjək yeni serial belə adlanır. Kriminal səpkidə lentə alınan serialın ana xəttini azad sahibkarlığın inkişafı uğrunda çalışan insanlar, həmçinin qanun keşikçiləri ilə, qadın alveri, narkotik və dövlət əmlakının talanı ilə məşğul olan mafioz qruplaşma arasında gedən mübarizə təşkil edir. Serialın baş qəhrəmanlarından biri Nigar Jəfərova obrazını janlandıran Rada Nəsibovadır. ... >Ətraflı

«Mənim ən böyük mükafatım xalqımın alqışı, məhəbbətidir»

Zeynəb Xanlarova yarım əsrə yaxındır ki, əvəzsiz ifası ilə dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında, televiziya ekranlarında milyonlarla ürəyi fəth edir. Onu dilindən, əqidəsindən asılı olmayaraq hər yerdə – Avropada, Asiyada, Afrikada, Amerikada eyni sevgi ilə sevir, eyni coşqunluqla alqışlayırlar. Zeynəb Xanlarova Azərbaycan, Özbəkistan, həmçinin SSRİ-nin xalq artistidir. Ecazkar səsə malik müğənni Dövlət mükafatı laureatıdır. Zeynəb xanım «Şərəf nişanı», «Xalqlar dostluğu», «Şöhrət» və «İstiqlal» ordeninə layiq görülüb. Bütün dünyada məşhur olan «Melodiya» firmasının «Qızıl val» mükafatı ilə təltif olunub.... >Ətraflı