Hörümçək
Yaradanların ən gözəli olan Allah nə qədər uca və nə qədər uludur!
Verdiyimiz sözə əməl edərək bu sayımızda da Quranın heyvanat aləmi barədə söhbət açmaq istəyirik. Bu dəfə sizin görüşünüzə əsrarəngiz hörümçəklər gəlib.
Varlıq aləmini yoxdan yaradan Allahın saysız-hesabsız əlamət və nişanələri bəşər övladını hər zaman düşünüb-daşınmağa sövq edir. Aparılan elmi araşırmalar dərinləşdikcə, insana qatı açılmayan yeni-yeni sirlər məlum olur. Bu isə ağıl və düşüncə sahiblərini Allahın əzəməti qarşısında daha da kiçilməyə vadar edir. ... >Ətraflı
Şanına xələl gətirməyən
Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik («Nəhl» surəsi, 68-ci ayə).
Ərəb dilində felin istifadə olunan formasından mübtədanın hansı cinsə aid olduğunu müəyyən etmək olur. Qeyd olunan ayədən də belə məlum olur ki, bal istehsalı yalnız dişi cinsinə mənsub olan arıların üzərinə düşür. Bu həqiqət müasir dövrümüzdə məlum olsa da, Qurani-Kərimdə buna14 əsr əvvəl işarə olunmuşdur.... >Ətraflı
İLAHİ VƏHY
«Vəhy» kəlməsi Qurani-Kərimin bir neçə ayəsində 82 dəfə müxtəlif mənalarda işlənmişdir. «Vəhy – hər hansı bir mətləbin ani və rəmzi olaraq, bir nəfərdən digərinə başqalarının başa düşə bilməyəcəyi tərzdə çatdırılmasına deyilir».
1-İnsana olunan fitri ilham
Münəccimlər Firona oğlan uşağının dünyaya gəldiyini və onun hakimiyyətinə son qoyacağını xəbər verdikdən sonra Misirdə bütün azyaşlı oğlan uşaqlarının kütləvi şəkildə öldürülməsini əmr etmişdi. Allah-Təala Musanın (ə) anasına ilham olaraq süd verdikdən sonra səbətə qoyub Nil çayına atmağı əmr edir.... >Ətraflı