Cənnət əhli
Bir gün Əbu Hənifə yol gedərkən bir uşağın uçuq yerdən keçmək istədiyini görür. Uşağa deyir: «Özünü qoru ki, yıxılmayasan». Uşaq Əbu Hənifəyə belə cavab verir: «Ey Şeyx! Mən yıxılmaqla heç nə olmaz. Əgər sən yıxılsan, sənin bütün tərəfdarların yıxılar». Əbu Hənifə uşağın zəkasına təəccüb qalır.... >Ətraflı
Hacət qapısı
Hədis 1.
Həzrəti Məhəmməd (s.ə.s) buyurur:
Qarının ərinə bir qurtum su verməsinin savabı bir ildən artıq olan ibadətin (gündüzlər oruc tutub gecələr namaz qılmaqla) savabına bərabərdir. Əgər qadın ərinə su versə, Allah Cənnətdə onun üçün bir şəhər tikər və onun altmış günah və xətasını bağışlar.
Hədis 2.
Həzrəti Məhəmməd (s.ə.s) buyurur: «Qadın hamilə olan zaman oruc tutub, namaz qılan, Allah yolunda canı və malı ilə cihad edən şəxs kimi olur. Hamiləlik dövrünü başa çatdırıb dünyaya uşaq gətirdikdə isə onun üçün sayılması mümkün olmayan qədər savab müəyyən olar. Körpəsinə süd verdikdə uşağın hər süd əmməsinə İsmayıl övladlarından bir nəfəri azadetmə savabını aparacaqdır. Uşağa süd verməyi qurtarıb onu süddən kəsdikdə bir mələk onun yanına gəlib deyər: «İşi yenidən başla, sən bağışlanmısan». ... >Ətraflı
Hədis güzgüsündə
Peyğəmbər (s.ə.s) buyurur:
«Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın».
* * *
İmam Baqir (ə) buyurur:
«Dünya işlərində tənbəllik edənlərə nifrət edirəm. Dünyasının işlərinə tənbəl olan, axirət işlərinə ondan da tənbəl olar».
* * *
İmam Sadiq (ə) buyurur:
«Əgər iki mömin bir-biri ilə görüşsə, Allah həmişə onlara rəhmət gözü ilə baxar. Onların günahları ağac yarpaqları kimi tökülər».... >Ətraflı