RUBRİKALAR

Teleqraf
Bildirçin
Nadir-Tarix
Sarban
Möcüzələr
Cütcü
İnkir-Minkir
Üzüm
Əlifzəbər - Ə
Şəxsiyyətlər
Bəhlul Danəndə
Təbib


Haqqımızda



Redaktordan

Artıq iki ildir ki, Karvan öz oxucuları ilə həmsöhbətdir. Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir, yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk. Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır. İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü, əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi , İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər. ... Ətraflı



 

Nadir Tarix



Kərbəlada çıxan günəş

Hicrətin 61-ci ili. 3-cü xəlifə Osman ibn Əfvanın qohumbazlıq siyasəti yürütməsi nəticəsində hakimiyyətə gələn və Şam valiliyini səltənətə çevirən Müaviyyə ibn Əbu Süfyan 20 illik hökmranlıqdan sonra vəfat edir. Vəfat etməzdən əvvəl bütün dini ayinlərdən uzaq olan əxlaqsız oğlu Yəzidi yerinə əmir təyin edir. ... >Ətraflı

Yaqub peyğəmbər

Qurani-Kərimdə haqqında söhbət açılan İlahi peyğəmbərlərdən biri də öz səbir və dəyanəti ilə şöhrət tapan və bununla da Allahın razılığını qazanan Həzrəti Yəqubdur (ə). Burada onun adına on altı yerdə rast gəlmək olur Yəqub Peyğəmbər İbrahim Peyğəmbərin nəvəsi, yəni İshaq Peyğəmbərin oğludur. Qurani-Kərimdə bu haqda buyurulur: Bundan sonra biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) mücdələdik. («Hud» surəsi, 71-ci ayə).... >Ətraflı

İsrail övladları

İsrail övladlarını başlarına gələn əhvalatlar o qədər əhəmiyyət kəsb edir ki, Quranın 17-ci surəsinə onların adı verilir. (Bu surənin digər adı İsradır). Qədim yəhudi dilində «Allahın bəndəsi» mənasını ifadə edən İsrail, Yaqub peyğəmbərə(ə) verilən adlardan biri idi. 12 qola bölünən İsrail övladlarının hər biri Yaqub peyğəmbərin (ə) on iki öğlunun nəsilindən törəyib. Qurani-Kərimdə İsrail övladları, onların başlarına gələn hadisələr, peyğəmbərlərə qarşı etdikləri itaətsizliklər və onları qətlə yetirmələri barədə maraqlı məlumat verilir. İsrail övladları ata-babalarının adət və əqidələrini qoruyub saxlayaraq uzun müddət Misir ərazisində yaşayıblar. Onlar Misirə Həzrəti Yusifin (ə) zamanında gəlib və 400 il ərzində ata-babalarının adət və əqidələrini davam etdiriblər. Həmin vaxt onların sayı yalnız 74 dörd nəfərə çatırdı.... >Ətraflı