RUBRİKALAR

Teleqraf
Bildirçin
Nadir-Tarix
Sarban
Möcüzələr
Cütcü
İnkir-Minkir
Üzüm
Əlifzəbər - Ə
Şəxsiyyətlər
Bəhlul Danəndə
Təbib


Haqqımızda



Redaktordan

Artıq iki ildir ki, Karvan öz oxucuları ilə həmsöhbətdir. Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir, yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk. Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır. İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü, əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi , İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər. ... Ətraflı



 

Teleqraf



İki qurbanlıq arasındaki fərq

Allahın özünə «Xəlil» (dost) seçdiyi Həzrəti İbrahim sınaq meydanına çəkilir. O, Allahın əmri ilə sevimli həyat yoldaşı Hacəri və illər boyu həsrətində olduğu İsmaili susuz səhraya aparmışdı. İbrahim (ə), Hacər və İsmail susuz səhrada. Bir azdan İbrahim (ə) gedəcək, Hacər ilə südəmər İsmail tək qalacaq. Onlar artıq təkdirlər. Allahın dostu beləcə öz ailəsini qurban verir. ... >Ətraflı

Ana ürəyi

İmam Cəfər Sadiq (ə) analara tövsiyə edərək buyurur: Südəmər körpələrinizi sol tərəfinizdə yatırdın. 19-cu əsrin ikinci yarısında ABŞ-da südəmər körpələrin həyat, rəftar və davranışlarını tədqiq edən Kornil Universiteti təsis olunur. Universitetin tədqiq etdiyi mövzulardan biri də dünya muzeylərində üzərində anaların südəmər körpələrini qucaqlarında necə tutmaları olur. Aparılan araşdırmalardan belə məlum olur ki, dünya muzeylərində saxlanılan 466 rəsm əsərindən 373-də analar öz südəmər körpələrini sağ tərəflərində saxlamışlar. ... >Ətraflı

Nəyi əkərsən, onu da biçərsən

Övlad sahibi olmaq hər ailə üçün ülvi arzu, böyük sevincdir. Lakin bəzən mentalitetdən, adət-ənənələrdən yaranan stereotip bu sevinci kədərə çevirərək ailənin xoşbəxtliyinə xələl gətirir. Bəli, söhbət ailələrdə qız uşaqlarına olan mənfi münasibətdən gedir. Nədənsə, yeni qurulmuş ailədə ilk uşağın oğlan olması böyük iftixar sayılır, bir neçə qızı olan valideyn sonda mütləq oğlu olacağına ümid edir, oğlu olmayan atalar narahatçılıq keçirirlər. Qız uşaqlarına olan mənfi münasibətin kökləri keçmiş dövrlərə gedib çıxır. ... >Ətraflı

Peyğəmbər və uşaqlar

1430 il əvvəl. Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimiz (s.ə.s) hicrət səfərini bitirib hələ o vaxtlar Yəsrib (sonradan Mədinə) adlanan şəhərə daxil olur. Böyükdən kiçiyə hamı həsrətində olduqları Peyğəmbəri (s.ə.s) sevinclə dolu göz yaşları ilə, «Vida təpələrindən ay doğdu üzümüzə və şükür etmək vacib oldu bizə!» nəğməsi ilə qarşılayır. ... >Ətraflı