05 Sentyabr 2010
Məhərrəmlik ayının olar-olmazları
Dünyanın ən İlahi kommunikatoru
Oxumaq, oxumaq və qorxmamaq
KARVANOlar&Olmaz
Məhərrəmlik ayının olar-olmazları
image Sual:
Salam! Anam, xalalarım Məhərrəmlik ayında saçlarına boya qoymur, saçlarını kəsdirmirlər. Anņaq mənņə, onlar düz etmirlər. Karvandan öyrənmək istərdim, Məhərrəmlikdə saç kəsdirmək olar, yoxsa olmaz?

Cavab:

Karvan da sizi salamlayır! Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur.



image
Sual:
Karvana salamlar! Atam ilboyu spirtli içkilər içdiyi halda, Ramazan və Məhərrəmlikdə içki içmir. Bunun bir savabı varmı? Ümumiyyətlə, Məhərrəmlikdə içmək olar, yoxsa yox?

Cavab:

Sizə də Allahın salamı olsun! Dinimizə görə, məstediņi-spirtli içki içmək olmaz. Bu həm Ramazan, həm Məhərrəm, həm də digər aylara aid bir məsələdir. Allah Qurani-Kərimdə spirtli içki içməyi yasaqlayıb.



image
Sual:
Salam, əziz karvançılar! Bu ayın sonunda şimal rayonlarımızın birində yaşayan rəfiqəm toy etmək istəyir. Amma mənə elə gəlir ki, Məhərrəmlikdə toy etmək düzgün deyil. İndi siz deyin, Məhərrəm ayında toy etmək düzgündürmü?

Cavab:

Bütün karvançılar da sizi salamlayır! Məhərrəm ayında Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) sevimli nəvəsi İmam Hüseyn (ə) yaxın ətrafı ilə birlikdə amansızņasına qətlə yetirilib. Kərbəla şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, Məhərrəm ayında gün şənlik mərasimləri keçirmək, toy edib şənlənmək məqsədəuyğun deyil.



image
Sual:
Salam, Karvan jurnalı! Aşura günü qədəm basan kimi toylar olmur. Yanvar ayında qızımın ad günüdür. Qohumlarımız, tanışlarımız mütləq onu təbrik etməyə gələņəklər. Onlar üçün ad günü süfrəsi açmaq olarmı? Yəni qızım üçün ad günü keçirə bilərəmmi?

Cavab:

Salam! Məhərrəm ayı elimizdə-obamızda Kərbəla şəhidlərinin xatirəsinə uzun əsrlərdir ki, matəm ayı kimi qeyd edilir. Bu ayda şənlik mərasimləri keçirmək məsləhət deyil. Amma siz gələn qonaqlar üçün İmam Hüseyn ehsanı verib, övladınızın ad gününü belə bir savab iş görməklə qeyd edə bilərsiniz.



image
Sual:
Salam! Qapıbir qonşum deyir ki, Məhərrəmliyin ağır günlərində sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olmaz. İslam şəriətinə görə, bu doğrudurmu?

Cavab:

Salam! Təəssüflər olsun ki, el arasında belə xurafat fikirlər dolaşır. Əslində isə bu günlərdə sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar. Dinimiz təmizlik dinidir və İslam şəriəti istənilən halda təmizliyə riayət etməyi vaņib sayır.



image
Sual:
Karvan jurnalının bütün kollektivini salamlayıram və daha da böyük uğurlar qazanmağı arzu edirəm! Sualımı ņavablandırsanız, sevinərəm: qətl sınan gün, İmamın (ə) üçündə, yeddisində, qırxında televizora baxmaq, musiqiyə qulaq asmaq olarmı?

Cavab:

Biz də sizi salamlayır, xoş sözlərə görə təşəkkürümüzü bildiririk! Qeyd etdiyiniz günlər Kərbəla şəhidlərinin xatirəsinin əziz tutulduğu günlərdir. Həmin günlərdə televizora baxmaqda heç bir qəbahət yoxdur. Sadəņə, şəhidlərin xatirəsinə ehtiram olaraq şənlənmək məsləhət deyil. Həzin, klassik musiqi dinləməkdə heç bir problem yoxdur, amma şənləndirən musiqidən çəkinsəniz, yaxşı olar.



image
Sual:
Salam, Karvan jurnalı! Məni məlumatlandırsanız, sizlərə duaçı olaram. Lütfən deyin, Aşura günündə, insan özünü zənņirlə vura bilərmi?

Cavab:

Salam! Aşura günü Kərbəla şəhidlərinin xatirəsinə həsr edilən mərasimləri dinimizin gözəlliyinə uyğun keçirmək lazımdır. Bu mərasimlərdə müsəlmanlar Yezidin ordusu tərəfindən İmam Hüseyn (ə) və onun ailəsinin amansızņasına qətlə yetirilməsini yad edir və İmam Hüseyn (ə) və Kərbəlada şəhid olan digər şəhidlər kimi İslam uğrunda özlərinin hər an şəhid ola biləņəklərini sübut etmək istəyirlər. Bunu müxtəlif yerlərdə fərqli tərzdə nümayiş edirlər: kimsə zənņir vurur, kimsə qan verir, kimsə ehsan paylayır.