05 Sentyabr 2010
Məhərrəmlik ayının olar-olmazları
Dünyanın ən İlahi kommunikatoru
Oxumaq, oxumaq və qorxmamaq
KARVANOlar&Olmaz
Dünyanın ən İlahi kommunikatoru
image Binəqədi qəsəbəsindən Akif Səlimbəyli:
Məni narahat edən bir məsələ var. Neçə vaxtdır namaz qılmaq istəyirəm. Anjaq doğrusu, çaşqınlıq içindəyəm. İşlədiyim yerdə bir nəfər namazı Azərbayjan dilində qılır və deyir ki, bu belə olmalıdır. Namazı Azərbayjan dilində qılmaq olar?


Məlum olduğu kimi, namazda Quran surələri, Quran ayələri oxunur. Qurani-Kərim isə ərəb dilində nazil olduğunudan, bu ayələrin oricinallığını qorumaq, eynilə Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s) kimi namaz qılmaq üçün namazlar məhz ərəb dilində qılınmalıdır. Bu həm də dünya müsəlmanlarının ibadətdə vəhdətidir. Digər duaları isə hərə öz ana dilində oxuya bilər.

Bakı şəhərindən Sürəyya Orucova:
Namaz qıldığım vaxt elə olur ki, fikrim başqa yerə gedir. Buna görə namazımı dayandırıb yenidən başlamalı oluram. Bu isə bir çox çətinliklər yaradır. İslama görə, insanın fikri yayınanda namazı davam etdirmək olarmı?


Ümumiyyətlə, bir namaz çox az - təqribən, 5 dəqiqə vaxt aparır. Çalışmaq lazımdır ki, namaza başlamazdan əvvəl fikri məhz Allahla təmasa, ibadətə jəmləyək, ən azı bu 5 dəqiqədə başqa şeylər haqqında düşünməyək. Amma işdi, birdən fikir yayınarsa da, namazı kəsmək lazım deyil. Sadəjə, elə namaz əsnasında fikri yenidən ibadətə toplayıb, namazı davam etdirmək lazımdır.

Buzovna qəsəbəsindən Lalə Bəkirqızı:
Səhər işə gedəndə evdə dəstəmaz alıb çıxıram. Elə olur ki, günorta və axşam namazlarımı eyni dəstəmaz ilə qılıram. Bəziləri mənə irad tuturlar ki, belə etmək olmaz. Bir dəfə alınan dəstəmazla həm günorta, həm axşam namazlarını qılmaq olarmı?


Əlbəttə, hər bir namazı dəstəmazlı qılmaq lazımdır. Əgər siz səhər dəstəmaz alıb evdən çıxırsınızsa və sonra günorta namazınadək dəstəmazı pozan bir şey etmirsinizsə, elə dəstəmazlı sayılırsınız. Deməli, namaz qıla bilərsiniz. Sonra axşamadək dəstəmazınızı pozmursunuzsa, yenidən dəstəmaz almadan axşam namazını da qıla bilərsiniz.



image"Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən

çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, (savab

etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür.

Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi)

bilir!"

(əl-Ənkəbut surəsi, ayə 45)