05 Sentyabr 2010  |
|
|
|
|
KARVANOlar&Olmaz |
| Oxumaq, oxumaq və qorxmamaq |
Bakı şəhərindən Leyla Rəhimova:
Bu yaxınlarda saçımı məcbur olub kəsdirmişəm. Lakin özümü qısa saçda narahat hiss edir və "qaynaq" etdirmək fikrinə düşmüşəm. Bilmək istərdim, qadın saçına "qaynaq" etdirə bilərmi?
Bəli, İslama görə bunun heç bir maneəsi yoxdur. Qadınlar saçlarını uzada da bilər, boyaya da bilər, burdura da bilər, "ukladka" da edə bilər. Əsas odur ki, bütün bunlar yad kişiləri günaha sürükləmək niyyətilə olmasın.
Sumqayıt şəhərindən Firəngiz İsmixanova:
Dırnaqlarıma qulluq etməyi çox sevirəm.
Adətən, onları uzadıram. Bu yaxınlarda qonşumuz dırnaqlarımı görüb dedi ki, dinimizə görə dırnaq uzatmaq olmaz. Görəsən, İslamda doğrudan da dırnaq uzatmaq olmaz?
Dinimizə görə, dırnaq uzatmaq günah hesab edilmir. Hər halda, Quranda və mötəbər hədislərdə belə bir qadağaya rast gəlinmir.
Bakı şəhərindən Lalə Vəlizadə:
Ailə qurandan sonra qaşlarımı aldırmağa başladım.
Lakin həyat yoldaşım qaş almağın İslamda bəyənilməz bir əməl olduğunu söyləyir və bunun üstündə aramızda mübahisələr baş verir. Bəs həqiqətdə necədir, qadın qaşını ala bilərmi?
Bəli, qadın qaşını ala bilər. Bu halda o, artıq tükləri alıb özünü səliqəyə salmış olur. Bunun heç bir günahı yoxdur. |
|
|