|
|
KARVAN İZAHAT |
| Borclu borclunun sağlığını istər! |
Bəziləri deyir: ĢYaxşı, sələmlə pul vermək günahdır, axı sələmlə pul alan bunu məņburiyyət qarşısında qalıb edir, ona niyə günah olur?!ģ. Anņaq yenə də bu, insana haqq qazandırmır. Ruzi yetirən Allahdır və insan yalnız və yalnız Allaha ümid edib, halal vasitələrlə həyatını qurmalıdır, təmin etməlidir. Sən halallıqla çalış, əlindən gələni et ki, Allah da sənə arxa olsun. Buna görə də İslam dinində sələmlə pul almaq da, götürmək də qadağandır! Məhəmməd Peyğəmbər (s.ə.s) bunu təsdiqləyir: ĢAllah-Təala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə lənət edib!ģ. Sələmin çox fəsadları var. Sələmlə pul alıb sonra qaytara bilməyən nə qədər insan stress keçirir, intihara əl atır. Həmçinin sələmlə pul alıb-verən insanlar arasında konfliktlər, mübahisələr yaranır, hətta oğurluq faktları, qətl hadisələri də yer alır.
Biri borņ alıb, geņə-gündüz onu qaytarmaq barədə içini yeyir, o birisinin dünya veņinə deyil; bu onun heç yadına da düşmür. Maraqlıdır, sən hansı kateqoriyaya aidsən? Özündən, yəqin, xəbərin var, anņaq məşhurlarımızın kimə və nə qədər borņlu olduğunu heç kim bilmir. Maraqlıdırsa, İZAHATdan yan keçmə!
Rafaelin borņları
4-5 min manat borņ verdiyim vaxt olub. 1995-ņi ildə 50 dollar sələmə pul verdim. Fikirləşirdim, heç nə etmirsən, üstünə pul gəlir. 60 dollar qaytardılar. Amma biləndə ki Allah bunu qadağan edir, birdəfəlik qurtardım. Çox təkliflər olub ki, pulun var, sələmə ver, dedim, yox. Məşədiyəm, namaz qılıram. Eşidəndə ki biri bu işlə məşğuldur, onu bundan çəkindirməyə çalışıram. Sələmdən pul qazananlara da demək istəyirəm ki, bu işin əvəzində başınıza nəsə gələ bilər. Çünki o vaxt sələmdən qazandığım puldan mən də ziyan çəkdim.
Tünzalə Ağayeva
Heç vaxt faizə heç nə verməmişəm. Faizə pul vermək günahdır. Elə ölkələr var ki, orada İslam bank sistemi var. Dinimizə əsaslanaraq çox da rahat şəkildə pulu kreditə verirlər. Borņa gəlinņə, borņ verirəm. Anņaq hər adama da yox. Bəlkə verdiyim pulu pis şeyə xərņləyəņək? Nəyə xərņləyəņəyini mütləq bilməliyəm. Allah göstərməsin, həmin pulu şər, haram bir şeyə xərņləyə bilər!
İradə İbrahimova
Borņu faizə vermək günahdır. Borņ alanın pula böyük ehtiyaņı var; faizlə borņ alanda isə o, pulu ikiqat qaytarmalı olur. Faizə borņ verən hərisdir: onda rəhm yoxdur. Lazım olanda baņımdan borņ alıram. Baņım da olsa, o pulu qaytarmalıyam ki, halallıq olsun. Biləndə ki borņ verdiyim adam o pulu zorla yığıb mənə qaytarıb, onda onu götürmürəm. Tələbə olduğum zaman təhsilhaqqımı ödəmək üçün anam baņısından 800 dollar borņ aldı faizə. Onda heç fərqinə də varmırdım o pulu kimdən, neņə alıblar. Sonra bildim ki, xalam da o pulu kimdənsə borņ alıbmış.
Azərin
Nadir hallarda borņ verirəm. Borņ alırlar, sonra qaytarmırlar, borņu verən də düşür onun dalınņa. Şükür Allaha, təņrübəmdə belə şey olmayıb. Özüm heç vaxt borņ almamışam; birdən başıma bir iş gələr, qaytara bilmərəm. Borņu faizlə vermək də, almaq da dinimizdə günahdır. Bir şəhid ailəsi uşağının təhsili üçün məndən borņ istədi. Gördüm fırıldaqçı deyillər, pul verdim, özü də borņ yox, bağışladım. Kiməsə təhsil alması üçün əl tutmaq savabdır. O pulu çətinliklə qazanıram: toylara getmirəm, işlədiyim bir yer var, oradan maaş alıram. Həm də ailəmdə 3 nəfəri də saxlayıram.
BORC, yoxsa FAİZLƏ BORC?
Hər insanın maddi çətinliyi ola bilər. Və o, kimdənsə borņ almalı olur. Bunda bir qəbahət yoxdur. Anņaq imkanın varsa, borņunu vaxtında qaytar. İnsana çətin vəziyyətdə yardım əli uzadıb borņ vermək dinimizdə dəstəklənir və bu bizim mərhəmətimizin göstəriņisindən biridir. Əlbəttə, borņ vermək məsələsində bir məqama diqqət yetirmək lazımdır. Kiməsə kömək niyyətiylə borņa pul verəndə bu pulun nəyə xərņlənməsinə fikir verin! Əgər insan səndən pul alıb onu içkiyə, qumara, Allahın xoşuna gəlmədiyi işlərə sərf edirsə, sən də onun bu günahlarına şərik olursan. Odur ki ehtiyatlı ol! Dinimizdə borņu qaytarmağa imkanı olmayan insandan borņu tələb etməmək də xoş bir əməl kimi qəbul olunur, bu pulu ona bağışlamaq isə çox savabdır:
"Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!" (surə 2, ayə 280).
Lakin bəzi insanlar adi qaydada borņ yox, faizlə borņ verir, başqa sözlə, sələmçiliklə məşğul olurlar. Onlar heç nə etmədən pul qazandıqlarını düşünüb sevinirlər. Anņaq bilmirlər ki, sələmlə pul verəndə nə qədər böyük bir günahın altına girirlər. Baxın, Allah-Təala Qurani-Kərimdə bu haqda biz insanlara nə buyurur:
Ģ
Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borņlulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!ģ (surə 2, ayə 278-279).
ĢSələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları ĢAlış-veriş də sələm kimi bir şeydir!ģ dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir
ģ (surə 2, ayə 275).
Beləliklə də tövbə edib bu işə son qoymaq daha yaxşıdır. Hər birimiz bir məsələni unutmamalıyıq: əgər Allah hansısa bir işdə halallıq qoymayıbsa, insan heç vaxt bu işdən xeyir görə bilməz! Sevinmək lazım deyil ki mən durduğum yerdə pul qazanıram. Sələmçiliklə məşğul olan insanlara baxanda, görürsən ki, ya pulları dava-dərmanlara, ya da başqa xoşagəlməz işlərə sərf olunur.
Allah bizlərə halallıqla həyatımızı qurmaqda yardım etsin!
|
|
|