05 Sentyabr 2010
Borclu borclunun sağlığını istər!
Cənnət həzzi
Görüm səni yanasan
KARVAN İZAHAT
Görüm səni yanasan
Cənnət-cəhənnəm mövzusu tarixboyu insanların diqqətini çəkib. Bu barədə hər kəs fərqli düşünə bilər. "İzahat" rubrikamızın budəfəki mövzusu Cəhənnəm haqqındadır. Maraqlıdır, görəsən, Azərbaycan şou-biznesinin nümayəndələri Cəhənnəmi necə təsvir edir, oraya kimlərin düşdüyünü və Cəhənnəmdən necə xilas olmağın yollarını bilirlərmi? Budəfəki qonaqlarımız bu barədə fərqli fikirlər söylədilər.
Mən hələ cəhənnəmdə olmamışam, cəhənnəmin nə olduğunu bilmirəm. Ora düşmək üçünsə hələ cavanam. Məncə, cəhənnəmə səhnəmizdə olan bütün qadın müğənnilər düşəcək. Amma deyim ki, mən vaxtı gələndə bütün müsəlmanlar kimi namaz qılacağam.
Cəhənnəm bir əzabdır. Cənnətə düşənlər isə az olur. Hamı Cəhənnəmə düşəcək. Çünki dünya nahaq dünyasıdır. Cəhənnəmə düşməmək üçün Allahın buyurduğu yaxşı işləri həyata keçirməliyik. Bir pis iş görəndə, on yaxşı iş görmək lazımdır.
İnsan homoseksual da ola bilər, narkoman da ola bilər, oğru da ola bilər, adam da öldürə bilər. Amma bunun elədiyinin müqabilində elə bil zəruri yaxşılıq eləyər ki, o, Cəhənnəmə yox, Cənnətə düşər. Yəni heç kim deməsin ki, Tolik homoseksualdır və o, Cəhənnəmə düşəcək. Bunu Allah bilir, onlar yox. Elə insanlar var ki, həddi-büluğa çatandan namaz qılır, oruc tutur və hətta Həccə gedirlər ki, Cəhənnəmə düşməsinlər. Amma qəsdən nəfslərinə üstün gəlməməklə nəticədə Cəhənnəmə düşürlər.
Cəhənnəm bizim şou-biznes aləmidir. Axirəti təsəvvür edə bilmirəm. Deyə bilərəm, evimdə hansı otaq necədir, oranı isə görməmişəm, necə deyə bilərəm Cəhənnəmin 3-cü otağı necədir? Cəhənnəmə, yəgin ki, şou-biznesin əksər nümayəndələri düşəcək. Düşünürəm, səhvi başa düşüb, bir günahı ikinci dəfə təkrar etməməklə Cəhənnəmdən qurtulmaq olar. Günah işlətmiş insan Allaha ümid etməlidir. Allah bağışlayandır.

Gördüyümüz kimi, cəmiyyətimizin çalıb-oxuyan əhli Cəhənnəm haqqında çox da xəbərdar deyil. Bəziləri özlərinə təsəlli vermək üçün cəza haqqında şəxsi konsepsiya yaradıb, digərləri günahlarını dərk edir, onları etməmək əvəzinə hansısa əsassız ümidlərlə yaşayır, başqaları isə Cəhənnəm Dəhşətini zarafat hesab edirlər. İnsan həyatı əbədidir. O, dünyasını dəyişdikdən sonra, Qiyamət günü əməllərinə görə cavab verəcək: yaxşı əməl sahibidirsə, əbədi Cənnətə, haram və qanunsuz cinayət sahibidirsə, Cəhənnəm oduna və minlərlə dözülməz əzaba atılır. Axı bu Cəhənnəm əzabları deyilən şey nədir və ondan necə xilas olmaq olar? Ən əsası unutmayaq ki, "o dünya"nın olub- olmamasından şübhələnənlər sonda öz şübhələrinin qurbanı ola bilərlər. Quranda Cəhənnəmi təsvir edən bir çox ayələr var. "...Cəhənnəmdə zəqqum ağacından yeyəcəksiniz..." ("Vaqiə" surəsi, 52-ci ayə). Zəqqum ağacının barlarının içində irinləmiş maddə yerləşir. Həmin meyvələr yeyiləndən sonra günahkarların mədəsində yandırıcı ağır maddəyə çevrilir və insanı içəridən gəbərdir. "Cəhənnəm əhlinin zəridən (quru tikan) başqa yeməyi yoxdur. Bu yemək nə kökəldir, nə də aclığı aradan aparır... Həmin gün insanın orada heç bir dostu olmayacaq. Onun yeməyi Cəhənnəm əhlinin çirkindən başqa bir şey deyil" ("Ğaşiyə" surəsi, 6-7-ci ayələr; "Haqqə" surəsi, 35-36-cı ayələr). Cəhənnəmdə insan elə əzablar görəcək ki, bu dünyada o cür əzabı təsəvvür etmək mümkün deyil. "Od onların üzlərini yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar" ("Muminun" surəsi, 104-cü ayə). Günahkarlar alov içində yanaraq daim ağrı və yanğını san ki yenidən hiss edəcək.Məhəmməd Peyğəmbər (s.ə.s) Cəhənnəm barədə söyləmişdir: "Əzabı ən az olan Cəhənnəm əhlinin ayaqlarında alovdan ayaqqabı olar və onun hərarətindən beyinləri qaynayar".Bəs kimlər Cəhənnəmə düşəcək? Bunu Allahın Özü daha yaxşı bilər. Lakin Quran ayələrindən məlum olur ki, Allaha şərik qoşanlar, kafirlər, əxlaqsız, mənəviyyatsız həyat tərzi sürənlər, pislik edənlər, şər-böhtançı olanlar, haram (donuz əti, qan, leş əti) yeyənlər, zina edənlər, həmcinsi ilə cinsi əlaqədə olanlar Cəhənnəmə düşəcək. Bu barədə Quranda belə bir ayə var: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər" ("Mumin" surəsi, 60-cı ayə). Bəs ondan qorunmağın yolu varmı? Var! Cəhənnəmdən xilas olmağın yolunu bu dünyada axtarmaq lazımdır. Ən əsası Allaha inanmaq, yuxarıda sadalanan günahlardan etməmək, halal ruzi əldə etmək, namaz qılmaq, oruc tutmaq, ehtiyaclılara əl tutmaq və digər savab işlərlə məşğul olmaqla bu qurtuluşa nail olmaq olar.Sonda İmam Əlinin (ə) müdrik kəlamını xatırlamaq istərdik: "İnsanın qiyməti yalnız Cənnətdir, özünüzü ondan ucuzuna satmayın!".

Cəhənnəm Allahın cəza qatıdır. Axirət sevgisi və qorxusu qəlbimdə o qədər böyükdür ki, onun haqq olduğunu unutmuram və doğru yoldan azmamaq üçün hər an Allaha dua edirəm. Cəhənnəmə yalnız kafirlər düşə bilər.Valideyn üzünə ağ olmamaqla, tək Allaha şərik qoşmamaqla, yetimin qəlbinə dəyməməklə, yalana yalan, doğruya doğru deməklə Cəhənnəmdən xilas olmaq olar. Günah işlədib, sonra tövbə edənin Cəhənnəmə düşməmək ehtimalı var.
Cəhənnəm ölümdən də ağır bir anlayışdır. Cəhənnəmə pislik edən, kiminsə çörəyinə bais olan, ev yıxan, haqqı qoyub nahaq söyləyən, əməlində düz olmayan insanlar düşəcək.Cəhənnəmdən xilas olmaq üçün insan savab işlər görməli, namaz qılmalıdır. Namaz insanın mənəvi qidasıdır. İnsan namaz qılmaq istəmirsə, deməli, mənəviyyatı xəstədir. Mən bunu özümdə hiss edirəm.